Astarada iki maşın toqquşub, bir nəfər ağır xəsarət alıb

Astarada iki maşın toqquşub, bir nəfər ağır xəsarət alıb Astara. 19 noyabr. REPORT.AZ/ Astara rayonunda yol qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.
Hadisə
18 noyabr 2018 20:46
Astarada iki maşın toqquşub, bir nəfər ağır xəsarət alıb

Astara. 19 noyabr. REPORT.AZ/ Astara rayonunda yol qəzası nəticəsində bir nəfər ağır xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, Təngərüd kəndi ərazisində "VAZ-2107" markalı minik avtomobili "QAZ-24" markalı avtomobillə toqquşub.

Nəticədə taksi fəaliyyəti ilə məşğul olan 1996-cı il təvəllüdlü Qasımov Namik Sərdar oğlu ağır bədən xəsarətləri alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan N.Qasımova ilkin tibbi yardım göstərilərək yaraları tikilib və o, Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bundan əlavə Yevlaxda mikroavtobus qəzaya uğrayıb.

Son xəbərlər

Orphus sistemi