Yuxarı
    Bağlamaq

    Astarada maşın ağaca çırpılaraq kanala aşıb, sürücü ağır yaralanıb - YENİLƏNİB

    Hadisə Pensər kəndi ərazisində baş verib

    Bakı. 14 iyun. REPORT.AZ/ Ələt-Astara magistralının Astara rayonunun Pensər kəndi ərazisindən keçən hissəsində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

    "Report"un Cənub bürosu xəbər verir ki, 1968-ci il təvəllüdlü Astara rayon Vaqo kənd sakini Şirzadov Şaiq Canəli oğlu idarə etdiyi "07-BS-217" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı avtomobil ilə ağaca çırpılıb və nəticədə maşın kanala aşıb.

    Xəsarət alan sürücü ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

    ***00:08


    Ələt-Astara magistralının Astara rayonunun Pensər kəndi ərazisindən keçən hissəsində orta yaşlı kişini maşın vurub.

    "Report"un Cənub bürosu xəbər verir ki, yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

    Vurulan şəxsin içkili olduğu bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi