Astarada İran və Türkiyədən olan narkotik qaçaqmalçıları saxlanılıblar - FOTO

Astarada İran və Türkiyədən olan narkotik qaçaqmalçıları saxlanılıblar - FOTO Astarada İran və Türkiyədən olan narkotik qaçaqmalçıları saxlanılıb.
Hadisə
11 İyul , 2019 09:12
Astarada İran və Türkiyədən olan narkotik qaçaqmalçıları saxlanılıblar - FOTO

Astarada İran və Türkiyədən olan narkotik qaçaqmalçıları saxlanılıb.

Bu barədə "Report"un Cənub Mərkəzinə DİN Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarını keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iki xarici ölkə vətəndaşı saxlanılıb. Onlar Respublika ərazisinə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik vasitə keçirən İran və Türkiyə vətəndaşlarıdır. Polis əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Astara şəhəri ərazisində Mərkəzi bazarın qarşısında İran İslam Respublikasının vətəndaşı Reza Delaemilan və Türkiyə Cümhuriyyətinin vətəndaşı Haydar Yaba saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Astara RPŞ-də onların üzərinə keçirilən baxış zamanı hər ikisinin ayaqqabılarının alt hissəsində gizlədilmiş ümimilikdə 1 kiloqram 235 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi