Astarada evdə qumar oynayan şəxslər cərimələndi

Astarada evdə qumar oynayan şəxslər cərimələndi Astara sakininin evində qumar oyunu təşkil etdiyi aşkarlanıb.
Hadisə
11 Yanvar , 2021 11:03
Astarada evdə qumar oynayan şəxslər cərimələndi

Astara sakininin evində qumar oyunu təşkil etdiyi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində keçirilən növbəti tədbirlər zamanı bir neçə rayon sakininin karantin rejimi qaydalarını pozduğu və Ojakəran kənd sakini R.Əliyevə məxsus evdə toplaşaraq qumar oyunu oynadıqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin vaxt orada olan şəxslər polis şöbəsinə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılıb və karantin rejiminin qaydaları bir daha izah edilib.

Dörd nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunublar.

Son xəbərlər

Orphus sistemi