Astarada boğazında dərman həbi qalan körpə ölüb - FOTO - YENİLƏNİB

Astarada boğazında dərman həbi qalan körpə ölüb - FOTO - YENİLƏNİB Körpə xəstə olduğu üçün valideynləri ona dərman verib
Hadisə
27 Fevral , 2017 12:18
Astarada boğazında dərman həbi qalan körpə ölüb - FOTO - YENİLƏNİB

Astara. 27 fevral. REPORT.AZ/ Astara rayonunda 3 yaşlı körpə faciəvi şəkildə ölüb.

"Report"un Cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Artoba kəndində baş verib.

Belə ki, həmin kənddə yaşayan 3 yaşlı Ağazadə Həlimə Kamran qızı xəstə olduğu üçün valideynləri tərəfindən ona dərman verilib. Bir qədər sonra uşağın vəziyyəti pisləşib. Məlum olub ki, qəbul etdiyi dərmanın boğazında qalması nəticəsində körpə boğularaq ölüb.

Körpənin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.  

Son xəbərlər

Orphus sistemi