Astarada baş verən ağır yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB

Astarada baş verən ağır yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB Məmmədov Yusif Mirəli oğlu əməliyyatdan sonra dünyasını dəyişib
Hadisə
268
18 Yanvar , 2017 10:31
Astarada baş verən ağır yol qəzasında xəsarət alanlardan biri ölüb - YENİLƏNİB

Lənkəran. 18 yanvar. REPORT.AZ/ Astara rayonunda baş verən ağır yol qəzasında xəsarət alan 5 nəfərdən biri öüb.

"Report"un Cənub bürosunun məlumatına görə, qəzadan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Məmmədov Yusif Mirəli oğlu əməliyyatdan sonra dünyasını dəyişib. 

İlk xəbər yanvarın 17-də saat 23:23-də yayılıb 

Astara rayonunda bir neçə nəfərin ağır xəsarət alması ilə nəticələnmiş yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində baş verib.

İlkin məlumata görə, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb. Hadisə nəticəsində biri azyaşlı, digəri qadın olmaqla, 5 nəfər xəsarət alıb.

Onlardan dördü Astara Rayon Mərkəzi Xəstəxanasına, biri - Məmmədov Yusif Mirəli oğlu isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib. Məlumata görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub. 

Qəza zamanı "VAZ-21011" markalı avtomobilin sürücüsü İbrahimov Bəylər Amil oğlu da xəsarət alıb. O da xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi