Astara. 18 yanvar. REPORT.AZ/ Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
"Report" rayonun Kijəbə qəsəbəsində bir nəfərin ölümü, dörd nəfərin isə yaralanması ilə nəticələnən yol qəzasının görüntülərini təqdim edir.
Xatırladaq ki, "VAZ-21011" markalı avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb.
Hadisə nəticəsində bir nəfər - 1988-ci il təvəllüdlü Yusif Mirəli oğlu Məmmədov ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanada əməliyyat olunan Y.Məmmədov orada ölüb.
Hadisə zamanı xəsarət alan 2014-cü il təvəllüdlü Afət Eldost qızı İbrahimli Astara Rayon Mərkəzi Xəstəxanasında (RMX) kliniki ölüm keçirsə də həkimlərin səyi nəticəsində sağ qalıb. O, sonradan Lənkəran RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır olaraq qalır.
Digər yaralılar - 1990-cı il təvəllüdlü Bəylər Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Eldost Amid oğlu İbrahimov, 1992-ci il təvəllüdlü Nahidə Tahir qızı Sultanova Astara RMX-a yerləşdirilib, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırmalara başlanılıb.



