Astarada avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Astarada avtomobil dərəyə aşıb, xəsarət alanlar var Astara rayonunda yol qəzası baş verib.
Hadisə
18 Aprel , 2019 14:50
Astarada avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Astara rayonunda yol qəzası baş verib.

"Report"un Cənub mərkəzinin məlumatına görə, hadisə rayonun Pılikeş kəndində qeydə alınıb. 

Belə ki, 1978-ci il təvəllüdlü Loğman Hacırıza oğlu Eyvazov idarə etdiyi UAZ markalı avtomobili dərəyə aşırıb. Nəticədə özü və sərnişini, 1953-cü il təvəllüdlü Sürəyya Mirsaleh qızı Verdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

S.Verdiyeva vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi