Astarada avtomobil aşıb, xəsarət alan var - YENİLƏNİB

Astarada avtomobil aşıb, xəsarət alan var - YENİLƏNİB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
5 Sentyabr , 2017 09:46
Astarada avtomobil aşıb, xəsarət alan var - YENİLƏNİB

Astara. 5 sentyabr. REPORT.AZ/ Astara rayonun baş verən qəzada ağır bədən xəsarətlləri alan sürcünün kimliyi məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, bu, rayonun Taxtanəkəran kənd sakini, 1972-ci il təvəllüdlü Nazim Əzizağa oğlu İbrahimovdur. 

N.İbrahimov idarə etdiyi "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və qəza törədib. Xəstəxanadan "Report"un yerli bürosuna bildirilib ki, onun bel-fəqərə sümüyü sınıb. 


***8:59

Astara. 5 sentyabr. REPORT.AZ/ Astara rayonunda avtomobil aşıb, sürücü xəsarət alıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Miki kəndi ərazisində baş verib.

Belə ki, rayonun Taxtanəkəran kənd sakini "Niva" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili dərəyə aşırıb. Nəticədə ağır bədən xəsarətləlri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi