Astarada avtomobil 14 yaşlı velosipedçini vurub

Astarada avtomobil 14 yaşlı velosipedçini vurub Astara. 6 iyun. REPORT.AZ/ Astarada velosiped sürən 14 yaşlı yeniyetməni avtomobil vurub.
Hadisə
6 İyun , 2018 21:34
Astarada avtomobil 14 yaşlı velosipedçini vurub

Astara. 6 iyun. REPORT.AZ/ Astarada velosiped sürən 14 yaşlı yeniyetməni avtomobil vurub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında Giləkəran məhəlləsində baş verib.

Belə ki, Əliəkbər Qadir oğlu Ələsgərovu evlərinin yaxınlığında velosipedlə hərəkətdə olan zaman onu avtomobil vurub. Yaralı əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasına, sonra isə təcili yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada müayinə olunan yeniyetməyə kəllə-beyin travması, körpücük sümüyün və bir ayağının sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi