Yuxarı

Astarada 57 yaşlı qadın pəncərədən yıxılaraq xəsarət alıb - FOTO

Onun vəziyyəti ağır olaraq qalır

Bakı. 13 yanvar. REPORT.AZ/ Astara sakini pəncərədən yıxılaraq xəsarət alıb. "Report"un məlumatına görə, rayonun Şahağacı kənd sakini 57 yaşlı Alimə İslam qızı Əsədova yaşadığı evin ikinci mərtəbəsindən pencərədən yıxılıb. Yaralı Təcili və Təxirəsalınmaz Tibbi Yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan "Report"a bildirilib ki, rentgenoloji müayinə nəticəsində məlum olub ki, A.Əsədova birinci bel fəqərəsinin konpressiyası, yəni sınığı diaqnozu ilə Travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi