Astarada 43 yaşlı kişi özünü asıb - YENİLƏNİB

Astarada 43 yaşlı kişi özünü asıb - YENİLƏNİB Astara. 22 yanvar. REPORT.AZ/Astara rayonunda özünü asaraq intihar edən şəxsin adı məlum olub.
Hadisə
22 Yanvar , 2019 12:40
Astarada 43 yaşlı kişi özünü asıb - YENİLƏNİB
0 : 00
0 : 00

Astara. 22 yanvar. REPORT.AZ/Astara rayonunda özünü asaraq intihar edən şəxsin adı məlum olub.

"Report" un yerli bürosu xəbər verir ki, rayonun Kijəbə qəsəbəsinin sakini, 1976-cı il təvəllüdlü Samir Hacıəli oğlu Məmmədovun cansız bədəni həyat yoldaşı tərəfindən yaşadığı evin həyətindəki ağacdan asılmış vəziyyətdə aşkar edilib. 

Üç övlad atasının hansı səbəbdən intihar yolunu seçdiyi məlum deyil. 

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır. 


*** 09:28
Astara. 22 yanvar. REPORT.AZ/ Astara rayonunda orta yaşlı kişi özünü asıb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan həmin qəsəbənin sakini yaşadığı evin həyətindəki ağacdan özünü asaraq intihar edib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb olunub.

Hadisə yerinə baxış keçirilib. Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Astara rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi