Astarada 34 yaşlı qadın su çəninə düşərək boğulub - YENİLƏNİB

Astarada 34 yaşlı qadın su çəninə düşərək boğulub - YENİLƏNİB Astara rayonunda su çəninə düşərək boğulan qadının şəxsiyyəti məlum olub.
Hadisə
14 Mart , 2019 17:13
Astarada 34 yaşlı qadın su çəninə düşərək boğulub - YENİLƏNİB

Astara rayonunda su çəninə düşərək boğulan qadının şəxsiyyəti məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, 34 yaşlı Xəyalə Ədalət qızı Kazımova həyətlərindəki su çəninə düşərək boğulub.

Onun ailə üzvləri "Report"un yerli bürosuna bildirib ki, X.Kazımova evdən çıxaraq yaxınlıqdakı çəndən su gətirməyə gedib. Bir müddət keçməsinə baxmayaraq, geri qayıtmayıb. Ailə üzvləri narahat olduqları üçün onun ardınca gediblər. 

Məlum olub ki, X.Kazımova yer səviyyəsindən bir neçə metr alçaqda olan çənə əyilərək vedrəni doldurmaq istəyib. Lakin ehtiyatsızlıqdan çənin içərisinə yıxılıb. Köməksiz halda qaldığından boğulub. Yaxınları hadisə yerinə gəldikdə isə onun cansız bədənini sudan çıxarıblar.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 16:21

Astara rayonunda 34 yaşlı qadın su çənində boğulub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Artupa kəndində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan həmin kəndin sakini, həyətlərindəki su çəninə düşərək boğulub. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. 

Faktla bağlı araşdırmalara başlanılıb. 

Son xəbərlər

Orphus sistemi