Astarada 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Astarada 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Avqust , 2017 12:43
Astarada 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Astara. 14 avqust. REPORT.AZ/ Astara rayonunda 33 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Siyətük kəndində baş verib. 

Belə ki, 1984-cü il təvəllüdlü Fərmail İsrafil oğlu İmaməliyev həyətdə su nasosunu işə salmaq istəyərkən elektriklə ehtiyatsız davranıb. O, ağır vəziyyətdə Astara Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi