Yuxarı
    Bağlamaq

    Astarada 15 yaşlı qız özünü güllələyib - YENİLƏNİB

    Faktla bağlı araşdırmalara başlanılıb

    İlk xəbər saat 11:57 dərc edilib

    Astara. 1 dekabr. REPORT.AZ/ Astara rayonunda 15 yaşlı qız özünü güllələyib. “Report”un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Şümrüd kəndində baş verib. 

    Belə ki, həmin kəndin sakini, 2001-ci il təvəllüdlü  Qızılgül Polad qızı Əliyeva özünə ov tüfəngi ilə atəş açıb. 

    Qarın nahiyəsindən güllə yarası alan Q.Əliyeva Astara Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Xəstəxanadan bildirilib ki, ağır vəziyyətdə xəstəxanaya gətirilən yaralı əməliyyat olunub: "Güclü qanaxma ilə ağır vəziyyətdə cərrahiyyə şöbəsinə yerləşdirilən yeniyetməni bir neçə saatlıq əməliyyatdan sonra həyata qaytarmaq mümkün olub. Onun vəziyyəti hazırda keçirdiyi əməliyyata uyğun olaraq ağır-stabildir və həyatı üçün hər an təhlükə yarana bilər".

    Hadisənin intihar olduğu ehtimal edilir. Kənd sakinlərinin bildirdiyinə görə, Q.Əliyeva valideynləri onu istədiyi oğlana verməməsi səbəbindən intihara cəhd edib.

    Faktla bağlı araşdırmalara başlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi