Astarada 13 kiloqram narkotik tərkibli çətənə kolu aşkarlanıb - FOTO

Astarada 13 kiloqram narkotik tərkibli çətənə kolu aşkarlanıb - FOTO Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Hadisə
1 İyun , 2019 13:18
Astarada 13 kiloqram narkotik tərkibli çətənə kolu aşkarlanıb - FOTO

Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbiri keçirilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Report"a bildirilib ki, Rayon Polis Şöbəsi əməkdaşlarının "Xaş-xaş 2019" tədbirlər planı çərçivəsində daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini, əvvəllər məhkum olunmuş Məharət Bayramovun yaşadığı evin həyətindən 50 ədəd, ümumi çəkisi 13 kiloqram olan narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi