Astara sakininin meyiti yaşadığı evdə aşkarlanıb

Astara sakininin meyiti yaşadığı evdə aşkarlanıb Astarada tənha yaşayan kişinin meyiti evində aşkarlanıb.
Hadisə
10 Yanvar , 2020 21:56
Astara sakininin meyiti yaşadığı evdə aşkarlanıb

Astarada tənha yaşayan kişinin meyiti evində aşkarlanıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə evində meyiti tapılan şəxs Astara şəhər sakini, 66 yaşlı Lətif Məmməd oğlu Əliyevdir.

Bu barədə polisə L.Əliyevin Bakıda yaşayan qardaşı polisə məlumat verib. O, qardaşının telefon zənglərinə cavab vermədiyindən narahat olaraq hüquq-mühafizə orqanlarına müraciət edib. Evə baxış keçirərkən L.Əliyevin meyiti aşkar olunub. Aidiyyati üzrə təhvil verilən meyitinn ekspertiza nəticəsində 10 gün əvvəl dünyasını dəyişdiyi müəyyən edilib.

Mərhumun üzərində hər hansı zorakılıq əlamətinin olmadığı bildirilir.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi