Astara sakinini elektrik cərəyanı vuraraq öldürüb - ƏLAVƏ OLUNUB

Astara sakinini elektrik cərəyanı vuraraq öldürüb - ƏLAVƏ OLUNUB Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
29 Avqust , 2017 16:29
Astara sakinini elektrik cərəyanı vuraraq öldürüb - ƏLAVƏ OLUNUB

Astara. 29 avqust. REPORT.AZ/ Astara rayonunda yerli sakini elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Cənub bürosunun məlumatına görə, rayonun Ərçivan kənd sakini, 1977-ci il təvəllüdlü Anar Əziz oğlu Mürşüdovu yüksək gərginlikli elektrik cərəyanı vurub. Ağır bədən xəsarətlləri alan yaralı ətrafdakıların kömkliyi ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi