Astara sakinindən 4 kiloqram narkotik vasitə götürülüb

Astara sakinindən 4 kiloqram narkotik vasitə götürülüb Faktla bağlı araşdırmalara davam etdirilir
Hadisə
20 Oktyabr , 2016 12:35
Astara sakinindən 4 kiloqram narkotik vasitə götürülüb

Lənkəran. 20 oktyabr. REPORT.AZ/ Astara rayon sakinindən küllü miqdarda narkotik vasitə aşkarlanıb. 

"Report"un Cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsi  (RPŞ) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Əhliman İmanzadədən və İran vətəndaşı, əvvəllər məhkum olunmuş Əkbər Şəfəqniyadan 36 qram həşiş və 22,4 qram marixuana götürülüb.

Ə.İmanzadənin yaşadığı evə baxış zamanı isə əlavə olaraq 4 kiloqram həşiş aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi