Lənkəran. 30 mart. REPORT.AZ/ Astara rayon sakini hündürlükdən yıxılaraq ölüb.
"Report"un Cənub bürosu xəbər verir ki, hadisə rayonun Mutlayataq kəndində baş verib.
Belə ki, 1990-cı il təvəllüdlü Elyar Bəxtiyar oğlu Nurəliyev qaynının evində yuxarı mərtəbədəki pilləkəndən yıxılaraq ağır xəsarət alıb.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, E.Nurəliyev ailəli olub, 1 övladı var.