Astara sakini tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil etdi

Astara sakini tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil etdi Astara Rayon Polis Şöbəsinə (RPŞ)rayonun Marzəsəy kənd sakini olan Ş.Əliyevin karantin qaydalarını pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.
Hadisə
20 İyul , 2020 09:50
Astara sakini tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil etdi
0 : 00
0 : 00

Astara Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Marzəsəy kənd sakini olan Ş.Əliyevin karantin qaydalarını pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Astara RPŞ əməkdaşları dərhal həmin ünvana gəlib.

Məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib.

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Karantin qaydalarını pozan Ş.Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib.
 

Son xəbərlər

Orphus sistemi