Astara. 24 oktyabr. REPORT.AZ/ Astara rayonunun Maşğan kəndində bıçaqlanma hadisəsi baş verib.
"Report"un Cənub bürosunun məlumatına görə, yerli sakin Təvəkkül Hüseynov Mahir adlı tanışı ilə mübahisə zəminində bıçaqlanıb.
Çoxlu qan itirən T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisəni törədən şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Şabranın rayon bazarında bıçaqlanma olub.