Astara sakini intihar edib - YENİLƏNİB

Astara sakini intihar edib - YENİLƏNİB O, yaşadığı evdə özünü kəndirlə asıb
Hadisə
23 May , 2017 13:14
Astara sakini intihar edib - YENİLƏNİB

Astara. 23 may. REPORT.AZ/ Astarda intihar edən şəxsin adı məlum olub. 

Belə ki, rayonun Şüvi  sakini, 1968-ci il təvəllüdlü Vüqar Nəriman oğlu Tahirov yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Onun yaxınlarının "Report"un yerli bürosuna verdiyi məlumata görə, V.Tahirovun son zamanlar psixi durumunda problemlər olub. Bildirilib ki, ötən ilin aprel ayında cəbhədə oğlunun yaralanması xəbərini eşidən V.Tahirov sarsıntı keçirib və bundan sonra onun psixi sağlamlığında problemlər yaranıb.

V.Tahirovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə yerləşdirilib.


***13:01

Astara. 23 may. REPORT.AZ/ Astara rayon sakini intihar edib. 

"Report"un Cənub bürosunun məlumatına görə, hadisə rayonun Şüvi kəndi ərazisində baş verib.

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kənd sakini özünü kəndirlə asaraq intihar edib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi