Astara sakini bacanağı tərəfindən bıçaqlanıb - YENİLƏNİB

Astara sakini bacanağı tərəfindən bıçaqlanıb - YENİLƏNİB Astara. 27 fevral. REPORT.AZ/ Astara rayon sakini bacanağı tərəfindən bıçaqlanıb. 
Hadisə
27 Fevral , 2018 16:57
Astara sakini bacanağı tərəfindən bıçaqlanıb - YENİLƏNİB

Astara. 27 fevral. REPORT.AZ/ Astara rayon sakini bacanağı tərəfindən bıçaqlanıb. 

"Report"un Cənub bürosunun məlumatına görə, Astara Rayon Polis Şöbəsinə rayonun Kakalos kənd sakini, Emin Abdullayev müraciət edərək bacanağı H.Məmmədovu bıçaqladığını bildirib. 

Məlumata görə, H.Məmmədovun bacanağı öz həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Bu gün Astara Rayon Məhkəməsində keçirilən yekun iclasda birgə iştirak ediblər. Hadisə məhkəmədən çıxandan sonra baş verib. 


***16:04

Astara. 27 fevral. REPORT.AZ/ Astara rayon sakini bıçaqlanıb.

"Report"un Cənub bürosunun məlumatına görə, rayon sakini, 1954-cü il təvəllüdlü Həbib Həsən oğlu Məmmədov kəsilmiş-deşilmiş bıçaq yarası ilə Astara rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırlaşdığından Lənkəran Rayon Mərkəzi Xəstəxanasına köçürülüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi