Astara. 3 may. REPORT.AZ/ Astara polisi 6 kiloqramdan artıq narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.
"Report"un Cənub bürosuna DİN mətbuat xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran sakini Elman Sadıxzadənin üzərindən 6 bükümdə ümumi çəkisi 6 kiloqram 320 qram olan tiryək aşkarlanaraq götürülüb. O qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətirilən narkotik vasitəni əvvəlcədən gizlədilmiş yerdən, Astara şəhəri ərazisindəki zibil qutularından birindən götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.