Astarada avtomobilin vurduğu piyada xəstəxanada öldü

Astarada avtomobilin vurduğu piyada xəstəxanada öldü Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
20 İyul , 2020 12:18
Astarada avtomobilin vurduğu piyada xəstəxanada öldü

Astara rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyulun 18-i saat 12 radələrində Astara rayonunun Kijəbə qəsəbəsi ərazisində qəsəbə sakini R.Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən həmyerlisi Möhübbət Şabanovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Astara Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi