Aslan İsmayılov barəsində cinayət işi başlanıb

Aslan İsmayılov barəsində cinayət işi başlanıb O, bu gün polis idarəsində dindiriləcək
Hadisə
16 Oktyabr , 2017 13:21
Aslan İsmayılov barəsində cinayət işi başlanıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Hüquqşünas Aslan İsmayılov barəsində cinayət işi başlanıb.

"Report"un xəbərinə görə, bu barədə A.İsmayılov özü məlumat yayıb.

Onun sözlərinə görə, Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xiliqanlıq) maddəsi ilə cinayət işi açılıb: "Bu dəqiqələrdə Binəqədi Rayonu Polis İdarəsinin müstəntiqi İlqar Həmidov mənə zəng edib bildirdi ki, Binəqədi Rayon məhkəməsinin hakimi Rəşad Əliyevin ərizəsi əsasında Binəqədi rayon prokuroru Nazim İmanov haqqımda Cinayət Məcəlləsinin 221-ci maddəsinin (xuliqanlıq) 1-ci hissəsi ilə cinayət işi başlayıb. Bu gün saat 15.00-da Polis İdarəsində dindirmədə olacam". 

Son xəbərlər

Orphus sistemi