Aşıq Əlinin qohumunu toyda öldürməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb

Aşıq Əlinin qohumunu toyda öldürməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
26 Sentyabr , 2017 09:19
Aşıq Əlinin qohumunu toyda öldürməkdə təqsirləndirilən şəxsin şikayətinə baxılıb
Report

Bakı. 26 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Vüsal Neymətovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Neymətovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il Qobustan rayonun Divanlı qəsəbəsində qeydə baş verib. Həmin qəsəbədə keçirilən toy zamanı 1979-cu il təvəllüdlü Kərimov Fəxri Kamal oğlu mərasimə dəvət olunan Neymətov Vüsal Ağa oğlu tərəfindən bıçaqlanıb. Ağır yaralanan F.Kərimov Mərkəzi Klinikaya yerləşdirilib və orada dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, V.Neymətovla F.Kərimov arsında 2013-cü ildən ədavət olublar. Belə ki, idmançı olmuş F.Kərimov V.Neymətovu döyüb. 2016-cı ildə toy mərasimində isə V.Neymətov spirtli içki qəbul edərək, bıçağı F.Kərimova vurub.

V.Neymətov Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və onun müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayəti verib.

Xatırladaq ki, qətlə yetirilmiş F.Kərimov aşıq Əlinin (Tapdıqoğlu) yaxın qohumudur.

Son xəbərlər

Orphus sistemi