ASCO-nun əməkdaşı ürəktutmasından vəfat edib

ASCO-nun əməkdaşı ürəktutmasından vəfat edib “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının texniki istismar xidmətinin hamiyəçi mexaniki Səyyad Hacıyev 56 yaşında vəfat edib.
Hadisə
3 Sentyabr , 2021 11:17
ASCO-nun əməkdaşı ürəktutmasından vəfat edib
Səyyad Hacıyev

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz Nəqliyyatı Donanmasının texniki istismar xidmətinin hamiyəçi mexaniki Səyyad Hacıyev 56 yaşında vəfat edib.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Mehribanlığı və işgüzarlığı ilə ətrafında olan insanların və kollektivin böyük rəğbətini qazanan Səyyad müəllimin əziz xatirəsi iş yoldaşları arasında hər zaman ehtiramla yad olunacaq.

ASCO rəhbərliyi və kollektivi adından həmkarları Səyyad Hacıyevin vəfatına görə yaxınlarına başsağlığı verir.

Məlumata görə, S.Hacıyev ürəktutmasından vəfat edib.

Allah rəhmət eləsin!

Son xəbərlər

Orphus sistemi