"ASAN xidmət"də ölüm hadisəsi baş verib

"ASAN xidmət"də ölüm hadisəsi baş verib Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır
Hadisə
14 Mart , 2016 16:03
ASAN xidmətdə ölüm hadisəsi baş verib

Bakı. 14 mart. REPORT.AZ/ Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə regional ASAN xidmət mərkəzində ölüm hadisəsi baş verib. 

"Report" xəbər verir ki, "ASAN xidmət" mərkəzinin notarial xidmətindən istifadə edən yaşlı kişinin vəziyyəti qəflətən pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım çağırılıb. Həkimlərin müdaxiləsinə baxmayaq, 70 yaşlı Quliyev Nazim Sədi oğlu dünyasını dəyişib.

Onun ürəktutmadan öldüyü güman edilir.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi