“ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq edən şəxslərin məhkəməsinin vaxtı açıqlanıb

“ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq edən şəxslərin məhkəməsinin vaxtı açıqlanıb Bakı. 17 oktyabr. REPORT.AZ/ “ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zairovun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.
Hadisə
17 Oktyabr , 2018 14:00
“ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq edən şəxslərin məhkəməsinin vaxtı açıqlanıb
Report

Bakı. 17 oktyabr. REPORT.AZ/ “ASAN xidmət”də işə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Nurəddin Quliyev, Zakir Məmmədov, Yasin Məmmədov və Ədalət Zairovun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası oktyabrın 24-nə təyin edilib.

Cinayət işi hakim Ramella Allahverdiyevanın icraatına verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumata əsəsən, həmin şəxslər bu il həbs edilib.

Son xəbərlər

Orphus sistemi