Aşağı Güzdək qəsəbəsində gölün daşması nəticəsində evləri su basıb

Aşağı Güzdək qəsəbəsində gölün daşması nəticəsində evləri su basıb Təbii hadisə Abşeron rayonu ərazisində baş verib
Hadisə
25 Fevral , 2017 19:53
Aşağı Güzdək qəsəbəsində gölün daşması nəticəsində evləri su basıb

Bakı. 25 fevral. REPORT.AZ/ Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində yerləşən Daşağıl gölündə suyun səviyyəsinin qalxması nəticəsində yaxınlıqdakı fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunaraq ərazidə suçəkmə işləri aparıblar. Əməliyyat saat 19:07-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi