Bakı. 8 fevral. REPORT.AZ/ Rusiyanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən Arxangelsk vilayətinin Levkovka kəndində üç Azərbaycan vətəndaşının saxta qeydiyyata alınması faktı aşkar edilib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilir.
İdarənin məlumatına görə, 43 yaşlı kənd sakini 2014-cü ilin sentyabrında yaşadığı mənzilə üç Azərbaycan vətəndaşını həqiqətdə orada yaşamamaq şərti ilə qeydiyyata almaqda şübhəli bilinir.
Hazırda saxta qeydiyyata alma faktı üzrə Cinayət Məcəlləsinin 322-ci maddəsi üzrə cinayət işi qaldırılıb. İndi Arxangelsk sakinini böyük həcmli cərimədən üç ilədək azadlıqdan məhrum edilməyədək cəza gözləyir.