Arvadının intiharında təqsirləndirilən şəxs bəraət aldı - MƏHKƏMƏ

Arvadının intiharında təqsirləndirilən şəxs bəraət aldı - MƏHKƏMƏ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşının intiharı ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Dilqəm Umudovun barəsindəki hökmdən apellyasiya şikayətləri və apellyasiya protesti verilib.
Hadisə
8 İyun , 2020 12:57
Arvadının intiharında təqsirləndirilən şəxs bəraət aldı - MƏHKƏMƏ

Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşının intiharı ilə bağlı cinayət işi üzrə təqsirləndirilən Dilqəm Umudovun barəsindəki hökmdən apellyasiya şikayətləri və apellyasiya protesti verilib.

“Report” xəbər verir ki, işi hakim Habil Məmmədovun sədrlik etdiyi kolelgiya araşdırıb.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi Cinayət Məcəlləsinin (CM) 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə D.Umudova bəraət verib.

Hökmə əsasən, D.Umudov CM-in 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə təqsirli bilinib.

Hökmdən zərərçəkmiş Umudova Leyla Rövşən qızının müdafiəçisi, təqsirləndirilən Umudov Dilqəm Mehman oğlunun müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayətləri, Bakı şəhər prokurorluğunun dövlət ittihamının müdafiəisi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Rauf Malışov isə apellyasiya protesti verib.

Qeyd edək ki, hadisə 2019-cu ilin oktyabr ayında baş verib.

Bakı şəhər sakini Leyla Umudova özünə qəsd etməsi nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi