​Arvadının başını kəsən şəxsin apellyasiya şikayətinə baxılıb

​Arvadının başını kəsən şəxsin apellyasiya şikayətinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
21 Noyabr , 2015 17:24
​Arvadının başını kəsən şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 21 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində arvadının başını kəsərək öldürməkdə təqsirləndirilən Süleymanov İlham Elləz oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə bu ilin yanvarın 26-da Nərimanov rayonunda baş verib. Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Süleymanov İlham Elləz oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Məhəbbət Süleymanovanın başını kəsərək qətlə yetirib. Hadisəni törədən İ.Süleymanov Nərimanov Rayon Polis İdarəsinə (RPİ) gələrək təslim olub.

120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddəsi ilə ittiham olunan

İ.Süleymanov avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsində 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi