​Bakıda arvadını və özünü bıçaqlayan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

​Bakıda arvadını və özünü bıçaqlayan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Məhkəmənin növbəti prosesi 2016-cı ilin yanvar ayının 11-nə təyin edilib
Hadisə
30 Dekabr , 2015 10:42
​Bakıda arvadını və özünü bıçaqlayan şəxsin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 30 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Əliyev Məhəmməd Adil oğlu barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi 2016-cı ilin yanvar ayının 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il aprel ayının 16-da Bakının Suraxanı rayonu Tağıyev küçəsində baş verib. 31 yaşlı Məhəmməd Əliyev yaşadığı evdə həyat yoldaşı, 23 yaşlı Ayşən Gülüşova ilə mübahisə edib. O, A.Gülüşovanın baş, boğaz və qol nahiyələrinə bıçaqla xəsarət yetirib. M.Əliyev daha sonra əlindəki bıçaqla özünə xəsarət yetirib. Səs-küyə gələn qonşular hər iki yaralını 3 saylı şəhər kliniki xəstəxanasına çatdırıblar. M.Əliyev Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 29,120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

Noyabr ayının 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Əliyev 14 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi