Daşkəsəndə arvadını və 35 günlük körpəsini öldürən şəxs Ali Məhkəməyə müraciət edib

Daşkəsəndə arvadını və 35 günlük körpəsini öldürən şəxs Ali Məhkəməyə müraciət edib Bakı. 27 dekabr. REPORT.AZ/ Daşkəsən rayonunda arvadını və 35 günlük körpəsini xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən 1979-ci il təvəllüdlü Raqif Ələkbərov kassasiya şikayəti verib.
Hadisə
27 Dekabr , 2018 15:08
Daşkəsəndə arvadını və 35 günlük körpəsini öldürən şəxs Ali Məhkəməyə müraciət edib
0 : 00
0 : 00

Bakı. 27 dekabr. REPORT.AZ/ Daşkəsən rayonunda arvadını və 35 günlük körpəsini xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən 1979-ci il təvəllüdlü Raqif Ələkbərov kassasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Ali Məhkəməyə müraciət edən məhkum cəzasının yüngülləşdirilməsini istəyir.

Şikayət hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə məlum olacaq.

İttiham aktına əsasən, hadisə 2017-ci il iyunun 20-də axşam saatlarında Daşkəsən rayonunun Şahvələdli kəndində baş verib. R.Ələkbərov həyat yoldaşı Kamilə Məmmədovanı və yenicə doğulmuş körpəsini xüsusi amansızlıqla qətlə yetirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi R.Ələkbərovun apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi