Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır Bakının Xəzər rayonunda qətl törətməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
15 Dekabr , 2021 09:06
Bakıda arvadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakının Xəzər rayonunda qətl törətməkdə təqsirləndirilən Füzuli Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının tarixi hələlik məlum deyil.

Qeyd edək ki, bu il avqustun 3-də Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Sevinc Məhərrəmovanın əri tərəfindən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğunun aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Füzuli Qarayev arvadının aralarında yaranan mübahisədən sonra küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə Röyal Hüseynovu və sonuncunun yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb, daha sonra evə daxil olaraq arvadı Sevinc Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər

Orphus sistemi