Qobustanda arvadını iplə boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Qobustanda arvadını iplə boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır Qobustan rayon prokurorluğunun məlumatı
Hadisə
20 İyun , 2024 17:08
Qobustanda arvadını iplə boğaraq öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Bu il martın 2-də Qobustan rayonu ərazisində 1982-ci il təvəllüdlü Günel Cabbarovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə "Report"a Qobustan Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, istintaqla 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Günel Cabbarovanı iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mürsəl Cabbarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi