Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
14 Yanvar , 2019 16:07
Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
0 : 00
0 : 00

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəhman Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report" xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən il sentyabrın 6-da Nəsimi rayonu ərazisində qeydə alınıb. Həmin ərazidə 1993-cü il təvəllüdlü Rəhman Yaqub oğlu Cəfərov 1997-ci il təvəllüdlü Aydan Hətəmovaya çoxsaylı bıçaq xəsarətlər yetirib.

Koma halında 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan qadın dərhal əməliyyat olunub. A.Hətəmovanın həyatını xilas etmək mümkün olub.

R.Cəfərov özü könüllü olaraq Nəsimi rayon Polis idarəsinin 19-cu polis bölməsinə gedərək təslim olub.

Məlumata görə, o, həyat yoldaşı A.Hətəmovanı qısqanclıq zəminində bıçaqlayıb.

Cütlüyün 2 uşağı var.

Son xəbərlər

Orphus sistemi