"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Soltanovun kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, S.Soltanov 2016-cı il iyunun 8-də Bakı şəhəri, Yeni Günəşli qəsəbəsində həyat yoldaşı Cəmilə Soltanovanı bıçaqlayıb. O, polis bölməsinə gələrək cinayət əməlini etiraf edib.
Araşdırmaya başlayan polis əməkdaşlarına məlum olub ki, yaralanan qadın 3 saylı Klinik Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Soltanov 11 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən məhkum apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.