​Arvadını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb

​Arvadını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb Hökm dəyişdirilmədən saxlanılıb
Hadisə
10 Noyabr , 2015 09:15
​Arvadını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılıb

Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində arvadını bıçaqlayan 1979-cu il təvəllüdlü Mirzəyev Təhmasib Saleh oğlunun barəsindəki hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

“Report” xəbər verir ki, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə bu il aprel ayının 9-da Bakının Binəqədi rayonu, Naxçıvani küçəsi, 8-ci mikrorayon ərazisində “Elit” ticarət mərkəzinin yaxınlığında yerləşən hündürmərtəbəli binaların birində baş verib. İlkin məlumata görə, Təhmasib Mirzəyev həyat yoldaşı Nigar Mirzəyevaya yaşadıqları mənzildə mübahisə zamanı bıçaq xəsarətləri yetirib. Həyat yoldaşının öldüyünü zənn edən T.Mirzəyev bundan sonra özünü də bıçaqlayıb. Yaranan səs-küyə hadisə yerinə gələn qonşular oraya təcili tibbi yardım çağırıblar. Hər iki yaralı ağır vəziyyətdə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaralılar dərhal əməliyyat olunub. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi və 5-ci Polis Bölməsində araşdırma aparılıb.

O, Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub. Sentyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində T.Mirzəyev 14 il müddətinə azadlıqdan məhrum edilib.  

Son xəbərlər

Orphus sistemi