Ali Məhkəmə arvadını azyaşlı qızınının gözü önündə öldürmək istəyən şəxsin hökmünü ləğv edib

Ali Məhkəmə arvadını azyaşlı qızınının gözü önündə öldürmək istəyən şəxsin hökmünü ləğv edib Bakı. 2 fevral. REPORT.AZ/ Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Zahir Abdurzayevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Hadisə
2 Fevral , 2019 17:02
Ali Məhkəmə arvadını azyaşlı qızınının gözü önündə öldürmək istəyən şəxsin hökmünü ləğv edib
Report

Bakı. 2 fevral. REPORT.AZ/ Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirli bilinən Zahir Abdurzayevin barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, hökm tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.

Qeyd edək ki, hadisə 2016-cı il avqustun 27-də Qusar rayonunun Quxur-oba kəndində baş verib. Z.Abdurzayev anası Raifat Abdurzayevaya məxsus fərdi yaşayış evinin mətbəxində olarkən arvadı Nübar Şəkixanovanın ona aid torpaq sahəsinin satılmasını təkid edib.

Bu səbəbdən onların aralarında mübahisə baş verib. Z.Abdurzayev 2010-cu il təvəllüdlü qızı R.Abdurzayevanın gözü qarşısında arvadına əvvəl başına, daha sonra bədəninə yumruq-təpik zərbələri vurub. N.Şəkixanova onun zərbələrinin təsirindən yerə yıxılıb. Daha sonra o, mətbəxdən götürdüyü bıçaqla arvadına xəsarət yetirib. Həmin vaxt hadisə yerinə gələn qardaşı Mahir Abdurzayev onun əlindən bıçağı alıb. N.Şəkixanova vaxtında xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Z.Abdurzayev barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Abdurzayev barəsində ittihamedici hökm çıxarılmayıb.

Məhkəmə belə nəticəyə gəlib ki, Z.Abdurzayev cinayəti törədən anda anlaqsız vəziyyətdə olub. Bu səbəbdən cinayət məsuliyyətindən azad edilib. Məhkəmə onun barəsində ümumi tipli psixatriya stasionarında məcburi müalicə təyin edib, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Məhkəmənin qərarından narazı qalan zərərçəkmiş N.Şəkixanova apellyasiya şikayəti verib. O, qərarın dəyişdirilməsini, Z.Abdurzayevin barəsində daha ciddi rejimli şəraitdə məcburi müalicə təyin edilməsini xahiş edib. Sumqayıt Apellyasiya Məhkəməsi zərərçəkmişin apellyasiya şikayətini təmin etməyib.

Son xəbərlər

Orphus sistemi