Arvadını anlaqsız vəziyyətdə öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Arvadını anlaqsız vəziyyətdə öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən İlqar Aslanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hadisə
23 Oktyabr , 2018 14:31
Arvadını anlaqsız vəziyyətdə öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən İlqar Aslanovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 29-na təyin edilib.

İttiham aktına əsasən, İ.Aslanov həyat yoldaşı Nübar Aslanovanı mübahisə zəminində bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümükün olub.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan A.Əhmədov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsədən afam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq orqanı İ.Aslanovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib. 

Son xəbərlər

Orphus sistemi