Arvadını 5-ci mərtəbədən atan art-direktorun məhkəmə istintaqı başa çatıb

Arvadını 5-ci mərtəbədən atan art-direktorun məhkəmə istintaqı başa çatıb Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
20 Sentyabr , 2019 11:39
Arvadını 5-ci mərtəbədən atan art-direktorun məhkəmə istintaqı başa çatıb

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə sənədlər tədqiq edilib. Elan olunan ekspertiza rəyinə görə, R.Taxveli hadisəni törədən zaman anlaqlı olub.

Cinayət işi materiallarında olan videogörüntülər izlənilib. Elan olunan sənədlərdən aydın olub ki, R.Taxveli arvadını balkondan atdıqdan sonra uşaqları ilə çarpayıda yatıb. Polis evə gələndə o yuxulu vəziyyətdə olub.

Daha sonra məhkəmə istintaqının tamamlanması elan edilib. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 27-də davam edəcək.

Qeyd edək ki, hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi, ev 65, mənzil 51-də baş verib.

Həmin ünvanda yaşayan Taxveli Ramiz Pərviz oğlu həyat yoldaşı, 1988-ci il təvəllüdlü Taxveli Adelya Azər qızını yaşadığı binanın 5-ci mərtəbəsindən atıb. Nəticədə qadın aldığı xəsarətdən hadisə yerində keçinib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ittihamı irəli sürülüb.

Qətlə yetirilən Taxveli Adelya "Atəşgah Sığorta" şirkətində baş mütəxəssisi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi