Layihədə göstəriləndən artıq mərtəbə inşa edən şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərilib

Layihədə göstəriləndən artıq mərtəbə inşa edən şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərilib Pilot İnşaat-A MMC-nin vəzifəli şəxsi Namiq Mirişov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.
Hadisə
29 iyun 2019 11:30
Layihədə göstəriləndən artıq mərtəbə inşa edən şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərilib

"Pilot İnşaat-A" MMC-nin vəzifəli şəxsi Namiq Mirişov barəsində cinayət işinin ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üşün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Şəlalə Həsənovanın icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

İttihama görə, N.Mirişov şirkətin vəzifəli şəxsi kimi Nəsimi rayonu ərazisində üç çoxmərtəbəli bina üzrə ərazi-planlaşdırma sənədlərində qeyd olunan tələbləri pozub. Binalarda mərtəbələrin sayının layihədə nəzərdə tutulduğundan artıq inşa edildiyi müəyyənləşib.

Faktla bağlı N.Mirişov barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 222-1.1-ci (qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda) maddələri ilə cinayət işi başlanıb.

Son xəbərlər

Orphus sistemi