Yuxarı

Arif Yunus: “Yaxın qohumlarım məni satdı”

“Çox istərdim ki, Leyla da yaxın vaxtlarda azadlığa çıxsın”

Bakı. 12 noyabr. REPORT.AZ/ "Yaxın qohumlarım məni satdı. Onlar həbsdə olduğum müddətdə mənim üçün heç yemək də gətirmirdilər. Yeməyi gətirən Azad İsazadə isə heç mənim qohumum da deyil". "Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında bu gün məhkəmə qərarı ilə ev dustaqlığına buraxılan "Sülh və Demokratiya İnstitutu"nun eksperti Arif Yunus deyib.
"Çox istərdim ki, Leyla da yaxın vaxtlarda azadlığa çıxsın", - o əlavə edib.

Qeyd edək ki, bu gün Bakı Apellyasiya Məhkəməsi A.Yunus barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar verib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Arif Yunus 7 il, onun arvadı, “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunus isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi