Yuxarı

Arif Yunus ev dustaqlığına buraxılıb - FOTO

Bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədov qərar qəbul edib

Bakı. 12 noyabr. REPORT.AZ/ “Sülh və Demokratiya İnstitutu”nun eksperti Arif Yunus barəsində həbs qətimkan tədbiri dəyişirilib və o, ev dustaqlığına buraxılıb.

“Report”un xəbərinə görə, bu barədə Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədov qərar qəbul edib.

Belə ki, bu gün keçirilən məhkəmə prosesində Ədliyyə Naziliyinin Baş Tibb İdarəsinin A.Yunusun səhhəti ilə bağlı təqdimatına baxılıb. Bundan sonra isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust 2015-ci il tarixli hökmü ilə Arif Yunus 7 il, onun arvadı, “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunus isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi