Argentinada zəlzələ baş verib

Argentinada zəlzələ baş verib Zəlzələ ocağı 167,3 kilometr dərinlikdə yerləşib
Hadisə
18 İyun , 2016 22:27
Argentinada zəlzələ baş verib

Bakı. 18 iyun. REPORT.AZ/ Argentinada 5,5 bal gücündə zəlzələ baş verib. "Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri San-Antonio-de-los-Kobres şəhərindən 78 kilometr qərbdə və Salta vilayətindən 181 kilometr şimal-qərbdə yerləşib.

Zəlzələ ocağı 167,3 kilometr dərinlikdə yerləşib. 

Xəsarət alanlar və ya dağıntılar barəsində məlumat verilmir.  

Son xəbərlər

Orphus sistemi