Yuxarı
    Bağlamaq

    “Araz” zavodundakı partlayışda xəsarət alanlardan daha ikisi xəstəxanadan evə buraxılıb

    Hazırda xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir

    Bakı. 27 iyul. REPORT.AZ/ Şirvan şəhərindəki “Araz” zavodunda baş vermiş hadisə zamanı xəsarət alanlardan daha ikisi günün sonunda xəstəxanadan evə buraxılıb. 

    Bu barədə "Report"a Müdafiə Sənayesi Nazirliyindən bildirilib. 

    Məlumata görə, hazırda xəsarət alanlardan qalan 3 nəfərinin müalicəsi həkim nəzarəti altında davam etdirilir.

    Qeyd edək ki, iyulun 26-da saat 15:35 radələrində Müdafiə Sənayesi Nazirliyinin (MSN) Şirvan şəhərində yerləşən “Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. Hadisə nəticəsində 2 nəfər ölüb, 24 nəfər yaralanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi